22 C
Baku
Wednesday, October 9, 2024

Bayden hakimiyyətə gəlməyə hazırlaşır: ABŞ-da “keçid dövrü saytı” işə salınıb

ABŞ prezidentliyinə əsas namizədlərdən biri olan Co Bayden hakimiyyətin onun əlinə ötürülməsi üçün “keçid dövrü saytı”nı işə salıb.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Qeyd edək ki, seçkilərin yekun nəticələri hələ də açıqlanmayıb.

“ABŞ-ın növbəti prezidentinin kim olacağını xalq müəyyən edəcək. Vurğulayım ki, bir neçə ştatda səslər hesablanmağa davam edir. Ölkənin üzləşdiyi böhranlar olduqca ciddidir – pandemiya, iqlim dəyişikliyi, irqi ayrı-seçkilik. Bütün bunların elə birinci gündən həllinə başlamaq üçün keçid dövrü saytını işə salırıq”, – prezident bildirib.

Qeyd edək ki, hələki saytda yalnız bir mesaj və Baydenin şəkili yerləşdirilib.

Amerikanın aparıcı telekanallarının hesablamalarına görə, prezident seçkilərində Bayden liderlik edir. Lakin qələbə qazanmaq üçün o, 270 səs toplamalıdır. Hazırkı prezidentin qərargahı səslərin yenidən sayılmasını tələb etmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər