18 C
Baku
Saturday, November 2, 2024

Bayden HƏMAS-ın Fələstin xalqını təmsil etmədiyini deyib: “Tam zərərsizləşdirilməlidir”

ABŞ Prezidenti Cozef Bayden İsrailin Qəzza zolağına daxil olmasını “böyük səhv” olacağını hesab etsə də, həmin bölgədəki silahlı qruplaşmanın da tam zərərsizləşdirilməsinin tərəfdarıdır.

Bu barədə dövlət başçısı “CBS News”un “60 minutes” verilişinə müsahibəsində deyib.

“Bu məqamda İsrailin Qəzzanı işğal etməsini dəstəklərdinizmi?” sualına Amerika lideri mənfi cavab verib:

“Düşünürəm ki, bu, böyük səhv olardı. Qulaq asın, Qəzzada baş verənlər, nöqteyi-nəzərimə görə, HƏMAS ilə əlaqəlidir və HƏMAS-ın ifrat ünsürləri bütün Fələstin xalqını təmsil etmir”.

Eyni zamanda, dövlət başçısının fikrincə, HƏMAS tamamilə zərərsizləşdirilməlidir:

“Bəli <…> Lakin Fələstin hakimiyyəti olmalıdır. Fələstin dövlətinə gedən bir yol olmalıdır”.

Bayden aparıcının İsrailin də buna nail olmağa çalışıb-çalışmayacağına dair sualını da cavablandırıb:

“İndi yox <…> məncə, İsrail anlayır ki, Fələstin xalqının önəmli hissəsi HƏMAS və “Hizbullah”ın baxışlarını paylaşmır”.

Bundan başqa, dövlət başçısı jurnalistin “Qəzzadakı müharibənin arxasında İran dayanır?” sualına da aydınlıq gətirib:

“Məxfi məlumatlara dalmaq istəmirəm. Ancaq, açığı, aydın dəlillər yoxdur <…> İran HƏMAS və “Hizbullah”ı daim dəstəkləyir. Mən bunu nəzərdə tutmuram. Lakin – onlar idilərmi, bir baxışları var idimi, hücum törətməyi planlaşdırmağa yardımçı olurdularmı – hazırda bunun heç bir dəlili yoxdur”.

Xatırladaq ki, daha öncə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas venesuelalı həmkarı ilə telefon danışığında HƏMAS-ın xalqını təmsil etmədiyini deyib. Lakin dövlət başçısının telefon danışığı ilə bağlı müvafiq press-relizini dərc etmiş WAFA dövlət agentliyi sonradan Mahmud Abbasın HƏMAS-la əlaqəli fikirlərini saytdan silib

MənbəReport
Son xəbərlər
Digər xəbərlər