26 C
Baku
Wednesday, April 24, 2024

Bayden inflyasiya ilə mübarizəyə $430 mlrd. ayırır

ABŞ Prezidenti Co Bayden avqustun 16-sı inflyasiyanın azaldılması, əhalinin sağlamlığı və iqlim dəyişikliyi ilə mübarizə tədbirləri üçün hakimiyyət orqanları tərəfindən 430 milyard dolların ayrılmasını nəzərdə tutan təşəbbüslər paketini imzalayıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, sənəd digər tədbirlərlə yanaşı, böyük biznesə vergilərin artırılmasını nəzərdə tutur ki, bu da onun respublikaçıların tənqidinə və korporativ Amerikanın qəzəbinə səbəb olub.

Banker.az bu barədə “Regnum”a istinadən xəbər verir.

ABŞ Konqresinin Nümayəndələr Palatası avqustun 12-də “İnflyasiyanın azaldılması haqqında qanun”u təsdiqləyib. Daha əvvəl bu təşəbbüslər paketi ABŞ Senatı tərəfindən bəyənilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər