5 C
Baku
Tuesday, January 31, 2023

Bayden İrana qarşı bütün variantları nəzərdən keçirəcək

ABŞ prezidenti Co Bayden Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantları nəzərdən keçirəcək.

Bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Ondan Tehranın Fordodakı nüvə obyektində IR-6 sentrifuqaları kaskadından istifadə etməklə uranı 60%-ə qədər zənginləşdirməyə başlaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirməsi xahiş olunub.

“Biz bu məlumatı görmüşük. Əmin etmək ostəyirik ki, Birləşmiş Ştatlar prezidentinin ixtiyarında bütün variantlar var. Şübhəsiz ki, biz mövqeyimizi dəyişməmişik və İrana nüvə silahı yaratmaq qabiliyyətinə nail olmağa imkan verməyəcəyik”, – o, bəyan edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər
X