ABŞ Prezidenti Co Bayden israilli həmkarı İsxak Hersoqla görüşündə İran və Rusiyanı müzakirə edib.
Bu barədə Ağ Ev məlumat yayıb.
Tərəflər qarşılıqlı maraq doğuran əsas məsələlər, o cümlədən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlaqələrin artırılması və İranın Rusiya ilə artan müdafiə tərəfdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bayden İsrail-Fələstin münaqişəsində hər iki xalqın nümayəndələrinə bərabər azadlıq verilməsinin vacibliyini vurğulayıb.
“Prezident İordan çayının qərb sahilində təhlükəsizlik və iqtisadi vəziyyətin yaxşılaşdırılması və terror hücumlarının qarşısının alınması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb”, – deyə Ağ Ev qeyd edib.
Liderlər həmçinin iqlim dəyişikliyi, pandemiya və ərzaq təhlükəsizliyi kimi ümumi qlobal problemlərin öhdəsindən gəlmək üçün texnoloji həllərin işlənib hazırlanması üzrə davam edən əməkdaşlığı müzakirə ediblər.