10 C
Baku
Wednesday, December 11, 2024

Bayden Konqresdən Ukraynaya 13 mlrd. dollar hərbi yardım istəyib

ABŞ Prezidenti Co Bayden Konqresdən Kiyevə 13 milyard dollar hərbi yardım istəyib.

Bu barədə “The Washington Post“ məlumat yayıb.

Məlumata görə, ABŞ lideri, bundan əlavə Ukrayna və digər ölkələrə əlavə iqtisadi və təhlükəsizlik yardımı üçün 8.5 milyard dollar ayırmağı da xahiş edib.

Ümumilikdə Bayden Konqresdən 40 milyard dollar məbləğində əlavə maliyyə istəyib. Bu məbləğə ABŞ-də təbii fəlakətlərin aradan qaldırılması üçün 12 milyard dollar, sərhədlərin mühafizəsi üçün isə 4 milyard dollar da daxildir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər