7 C
Baku
Thursday, December 12, 2024

Bayden Liviya ilə Suriyanı səhv salıb – Video

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan, Co Baydenin G7 sammitində Rusiya ilə iş birliyinin genişlənməsi kontekstində Liviya haqqında danışarkən Suriyanı düşündüyünü söyləyib. Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“Beləliklə, ümid edirəm ki, Rusiya ilə Liviyada əməkdaşlıq edə bilərik”, – deyə Bayden G7 sammitində çıxış edərkən söyləyib.

Bununla yanaşı, videodan göründüyü kimi, Bayden Rusiya ilə birlikdə əməkdaşlıq etməyə hazır olduğu ölkənin adını xatırlamaq üçün böyük səy göstərir. Daha əvvəl Baydenin Böyük Britaniyanın Kornuolle şəhərində baş tutan görüşdə azdığı bildirilib. Amerika lideri jurnalistlərin olduğu restoranlardan birinin dəhlizinə daxil olub və ətrafına baxmağa başlayıb.

Elə həmin gün şəbəkədə Baydenin ictimaiyyət qarşısına idman ayaqqabısında çıxdığı məlum olub. “BBC”nin jurnalisti prezidentin fotosunu çəkib.

“Trampı cahil adlandırırdılar, amma Baydenə baxın”, “Prezident küçədə idman ayaqqabısı ilə necə görünə bilər?”, “Onlar qeyri-rəsmi paltar geyinə bilməzlər!” – deyə “Twitter” istifadəçiləri yazıb.

Qeyd edək ki, 78 yaşlı Bayden ABŞ tarixidə ən yaşlı prezidentdir. Dövlət başçısı olduğu müddətdə siyasətçi bir neçə dəfə pis vəziyyətə düşüb. Məsələn, 3 iyunda Amerika lideri Alçheymer xəstəliyi haqqında danışarkən fikrinin mahiyyətini itirib. 20 apreldə çıxışı zamanı sözləri səhv salıb, 16 apreldə isə Rusiya haqqında nitqində bir neçə yerdə səhvə yol verib. O, əvvəlcə vaksinasiyanı eskalasiya ilə qarışdırıb, sonra isə Rusiya prezidenti Vladimir Putinin adını səhv səsləndirib.

Son xəbərlər
Digər xəbərlər