26 C
Baku
Saturday, July 27, 2024

Bayden Luiziana ştatında fövqəladə vəziyyət elan edib

ABŞ Prezidenti Cozef Bayden “Nikolas” tropik qasırğasının yaxınlaşması səbəbindən Luiziana ştatında fövqəladə vəziyyətin elan edilməsi haqqında sərəncam imzalayıb və yerli rəhbər qurumlara federal yardım ayrılmasına göstəriş verib.

TASS agentliyi xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Göstəriş ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi və Fövqəladə vəziyyətlər üzrə Federal İdarəsi tərəfindən Luiziana hakimiyyətinə maddi yardım göstərilməsini nəzərdə tutur.

Baydenin sərəncamından sonra ABŞ-ın Qasırğalara Nəzarət üzrə Milli Mərkəzi “Nikolas” tropik qasırğasının güclənərək Saffir-Simpson cədvəli üzrə birinci kateqoriya səviyyəsinə çatdığını açıqlayıb. Hazırda qasırğanın hüdudlarında küləyin maksimum sürəti 33 m/s təşkil edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər