17 C
Baku
Çərşənbə, Sentyabr 29, 2021

Bayden Makronla Əfqanıstandakı vəziyyəti müzakirə edib

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron arasında telefon danışığı olub. İki lider danışıq zamanı Əfqanıstandakı vəziyyəti, o cümlədən Kabul hava limanında insanların təxliyəsi prosesini müzakirə ediblər.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar Əfqanıstan üzrə müttəfiqlər və demokratik tərəfdaşlar arasında humanitar yardım və qaçqınlara dəstək mövzusunda sıx koordinasiyanın davam etdirilməsinin vacibliyini vurğuladılar”, – məlumatda belə deyilir.

İki lider gələn həftə Əfqanıstanla bağlı G-7-nin virtual sammitinin keçirilməsi planlarını da alqışlayıblar.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər