7 C
Baku
Thursday, December 12, 2024

Bayden Miçiqan ştatına səfərini təxirə salıb

ABŞ prezidenti Cozef Bayden ölkənin şərq sahilində havanın pisləşəcəyi ilə bağlı proqnozlara görə Miçiqan ştatına səfərini təxirə salıb.

Bu barədə Ağ Evdəki mənbəyə istinadən CNN telekanalı bildirib.

Məlumata görə, Amerika administrasiyasının başçısı Portec şəhərində koronavirus əleyhinə vaksinin istehsalı ilə məşğul olan “Pfizer” şirkətinin zavoduna baş çəkmək niyyətindədir.

Sinoptiklərin proqnozlarına görə, Miçiqanda cümə axşamı güclü qar gözlənilir, bir gün ərzində 6 santimetr yağıntı düşə bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər