32 C
Baku
Wednesday, July 24, 2024

Bayden müttəfiqləri ilə Ukraynaya əlavə dəstəyi müzakirə edib

ABŞ prezidenti Co Bayden müttəfiqləri ilə Ukraynaya gələcək dəstəyi müzakirə edib.

Bu barədə Ağ Evin saytında yerləşdirilən məlumatda deyilir.

Videokonfransda Yaponiya, Kanada, İtaliya və Böyük Britaniyanın baş nazirləri, Almaniya kansleri, Polşa və Rumıniyanın prezidenti, NATO-nun baş katibi, o cümlədən Fransa və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

“Prezident bu gün müttəfiqləri və tərəfdaşları ilə videokonfrans keçirərək, Ukraynaya davamlı beynəlxalq dəstəyi, o cümlədən təhlükəsizlik və iqtisadi yardımın davam etdirilməsi və Rusiyanın Ukraynaya hücumuna cavabdehlik daşımasını vurğuladı”, – deyə bildirilib.

Liderlər həmçinin Rusiyanın enerjidən silah kimi istifadəsini və Avropaya dayanıqlı və sərfəli enerji təchizatını təmin etmək üçün gələcək koordinasiyanın zəruriliyini müzakirə ediblər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər