24 C
Baku
Monday, June 10, 2024

Bayden NATO-nun sammitində iştirak edəcək

ABŞ Prezidenti Co Bayden bu gün İspaniyaya səfər edəcək.

Bayden Madriddə öz işinə başlayacaq NATO-nun sammitində iştirak edəcək.

Qeyd olunub ki, ABŞ Prezidenti İspaniyaya bu gün səhər G7 liderlərinin iclası çərçivəsində Almaniya Kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron, Britaniya Baş naziri Boris Consonla görüşdükdən sonra yola düşəcək.

Madrid sammitində iştirak edəcək liderlərin növbəti onillik üçün alyansın məqsədlərinin qeyd olunduğu 2022 NATO Strateji Konsepsiyasını təsdiqləyəcəyi gözlənilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər