ABŞ prezidenti Co Bayden ölkədə neft emalının həcmini artırmaq üçün hərbi təyinatlı məhsullar haqqında qanundan istifadə edə bilər.
Bu barədə ABŞ-ın energetika naziri Cennifer Qranholm Ağ Evdə keçirdiyi brifinqdə bildirib.
Koreya Müharibəsi zamanından qalmış Hərbi təyinatlı məhsulların istehsalı haqqında qanun prezidentə milli təhlükəsizlik məqsədləri üçün müəyyən məhsulların istehsalını genişləndirməyə imkan verir.
Daha əvvəl C. Bayden bildirmişdir ki, ABŞ gələn il rekord həcmdə neft hasil edəcək.