ABŞ Prezidenti Co Baydenin rəhbərliyi dünya üzrə neft və qaz istehsalçılarını hasilatı artırmağa çağırıb, Banker.az bu barədə “İnterfax”a istinadən xəbər verir.
“Prezident dünya üzrə bütün təchizatçılardan hasilatı artırmağı xahiş edib. Buraya OPEC, eləcə də bizim yerli neft və qaz istehsalçılarımız da daxildir”, – deyə ABŞ-ın energetika naziri Cennifer Qrenholm söyləyib.
Eyni zamanda Qrenholm bu həftə ABŞ-ın neft və qaz şirkətlərinin rəhbərləri ilə görüşməyi planlaşdırdığını bildirib.