9 C
Baku
Friday, December 13, 2024

Bayden oğulunun heç bir vergi cinayəti törətmədiyinə əmindir

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden əmindir ki, onun oğulu Xanter Bayden heç bir vergi cinayəti törətməyib.

Bu barədə “The Hill” nəşrində bildirilir.

“Mən buna əminəm”, – Bayden jurnalistin onun oğlunun vergi pozuntusuna yol verməməsi barədə sualına cavabında deyib.

Daha əvvəl Xanter Bayden bildirib ki, onun barəsində Delaver ştatında araşdırma başlanıb. Xanter Baydenin sözlərinə görə, onun tərəfindən ödənmiş vergilərlə bağlı araşdırma aparılır. Dövlət orqanının əməkdaşları isə vergi pozuntularına dair əsaslı şübhələrin olduğunu iddia edirlər.

ABŞ mətbuatının iddiasına görə, noyabrın 3-də keçirilmiş prezident seçkilərində Co Bayden qalib olub. Bir sıra ştatlar Baydenin seçkilərdə qalib gəldiyini açıqlayıblar. Hazırkı dövlət başçısı Donald Tramp nəticələrlə barışmır.

Son xəbərlər
Digər xəbərlər