Ağ Ev bildirib ki, ABŞ Prezidenti Co Bayden ölkədə neft hasilatının artırılması imkanlarının öyrənilməsi barədə göstəriş verib. O, həmçinin noyabrda strateji neft ehtiyatlarından əlavə 10 milyon barelin qısa müddətdə bazara çıxarmaq barədə deyib. Prezidentin bu qərarı “OPEC+”un gündəlik hasilatı 2 milyon barel azaltmaq qərarı ilə əlaqəli olub.
Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
Prezident təşkilatın qərarını “qısagörən” adlandıraraq məyus olduğunu açıqlayıb. “Qlobal enerji təchizatının saxlanmasının vacib olduğu bir vaxtda bu qərar enerji qiymətlərinin yüksəkliyindən əziyyət çəkən aşağı və orta gəlirli ölkələrə ən çox təsir göstərəcək”, – Bayden deyib.
ABŞ daha əvvəl də “OPEC+”un hasilatı azaltmaq qərarına qarşı çıxıb. ABŞ hökuməti hesab edir ki, bu, neftin qiymətinin qlobal artımına səbəb olacaq. “Financial Times”ın yazdığı kimi, Rusiya və Səudiyyə Ərəbistanı hasilatı azaltmaqda israrlıdır.
Sərbəst tutumun olmaması səbəbindən “OPEC+” sentyabr ayı üçün neft hasilatı proqnozunu sutkada cəmi 100 min barel artırıb. Təşkilat həmçinin oktyabr ayı üçün neft hasilatı proqnozunu sutkada 100 min barel azaldıb və bununla da sazişin avqust parametrlərinə qayıtmış olub.