ABŞ prezidenti Cozef Bayden fevralın 20-dən 22-dək Polşaya səfər edəcək, həmkarı Anjey Duda və “Buxarest doqquzluğu” ölkələrinin prezidentləri (“Buxarest doqquzluğu” NATO ölkələri – Polşa, Rumıniya, Estoniya, Litva, Latviya, Slovakiya, Macarıstan, Bolqarıstan, Çexiya) ilə görüşəcək.
Bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.
Onun sözlərinə görə, Bayden Polşa lideri ilə ikitərəfli əməkdaşlıq, həmçinin Ukraynanı dəstəkləmək və NATO-nun çəkindirmə imkanlarını gücləndirmək üçün birgə səyləri müzakirə edəcək.
Onun sözlərinə görə, Amerika lideri Rusiyaının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatın ildönümü münasibətilə çıxış edəcək.