ABŞ Prezidenti Co Bayden G7 və NATO tərəfdaşlarına Polşanın şərqindəki raket partlayışına Ukrayna Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin səbəb olduğunu deyib.
Bu barədə “Reuters“ə adı açıqlanmayan NATO rəsmisi bildirib.
Qeyd edək ki, insident nəticəsində iki nəfər həlak olub.
Hadisəyə görə Ukrayna Rusiyanı günahlandırıb, Rusiya isə Polşaya raket zərbəsi endirməsi ilə bağlı xəbərləri təkzib edib.