ABŞ prezidenti Co Bayden “YouTube”da yayımlanan xalqa müraciətində deyib ki, o, demokratiyanı qorumaq üçün yenidən namizədliyini irəli sürməmək qərarına gəlib.
“Mən inanıram ki, prezident kimi nailiyyətlərim, dünyadakı liderliyim, Amerikanın gələcəyinə baxışım ikinci müddətə layiqdir, lakin heç bir şey, heç nə, o cümlədən şəxsi ambisiya demokratiyamızın qorunmasına mane ola bilməz, ona görə də qərara gəldim ki, ən yaxşı yol estafeti yeni nəslə ötürməkdir, xalqımızı birləşdirməyin ən yaxşı yolu budur”, – deyə Bayden bildirib.
Dövlət başçısı vurğuladı ki, qalan 6 ayda o, əsas diqqəti öz prezidentlik vəzifələrinə yönəldəcək: iqtisadi artımın təmin edilməsi, vətəndaşların hüquqlarının müdafiəsi və s. O, həmçinin əlavə edib ki, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və bütün girovların azad edilməsinə nail olmaq niyyətindədir. Eyni zamanda Bayden qeyd edib ki, o, 21-ci əsrdə ölkəni dünyanın heç bir yerində müharibəyə cəlb etməyən ilk ABŞ prezidentidir.
Bayden iyulun 21-də seçki yarışından çıxmaq qərarını açıqlayıb. Bunun üçün ilkin şərtlər respublikaçı namizəd Donald Trampla uğursuz debatlar, həmçinin liderin səhhəti ilə bağlı suallar olub.