7 C
Baku
Sunday, December 15, 2024

Bayden prezidentliyinin ilk 100 günündə 1.3 milyon iş yeri yaratdığını açıqlayıb

ABŞ prezidenti Co Bayden 28 aprel tarixindəki çıxışı zamanı prezidentliyinin ilk 100 günündə 1.3 milyon iş yeri yaratdığını açıqlayıb. Siyasətçinin nitqi Ağ Ev tərəfindən dərc edilib.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

“İqtisadiyyat 100 gün ərzində 1.3 milyondan çox yeni iş yeri yaradıb. Bu, rekord göstəricidir!”, – deyə Amerika lideri qeyd bildirib.

Prezident çıxışı zamanı yeni iş yerlərinin yaradılmasının ABŞ iqtisadiyyatına trilyonlarla dollar mənfəət gətirəcəyinə söz verib. Onun sözlərinə görə, infrastruktur layihəsindəki bu iş yerlərin 90%-i ali təhsil, 75%-i isə kiçik mütəxəssis diplomunu tələb etmir.

Xatırladaq ki, 1 aprel tarixində Co Bayden yeni infrastruktur proqramını təqdim edib. Ağ Evin rəhbəri layihəyə 2.3 trilyon dollar xərcləməyi planlaşdırır. Qeyd edildiyi kimi, infrastruktur proqramı hava limanlarının yenilənməsini, şəhər nəqliyyatının yaxşılaşdırılmasını və yeni yolların tikilməsini nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər