26 C
Baku
Saturday, July 27, 2024

Bayden: Putinin bu hərəkətlərindən çəkinməyəcəyimizi bilir

Birləşmiş Ştatlar Rusiya ilə münaqişəyə cəhd etmir və onunla sabit münasibətlərdə maraqlıdır.

Bu barədə Amerika administrasiyası rəhbərinin “Washingtonpost.com” qəzetində dərc edilmiş məqaləsində deyilir.

Bayden həmçinin Rusiya Prezidenti Vladimir Putinlə görüşdə insan hüquqlarının təminatına sədaqətini bildirmək niyyətindədir.

Bu halda Bayden qeyd edib ki, əgər Rusiya gələcəkdəki hərəkətləri ilə ABŞ-a zərər vursa, Birləşmiş Ştatlar buna cavabında tərəddüd etməyəcək.

“Biz (Rusiyaya-red) ABŞ-ın suverenliyini pozan davranışları, o cümlədən demokratik seçkilərə müdaxiləsinə görə ciddi nəticələr yaratmağı təmin etdik. Prezident Putin gələcək ziyanverici hərəkətlərə cavab verməkdən çəkinməyəcəyimizi bilir”, – Bayden deyib.

ABŞ rəhbəri qeyd edib ki, rusiyalı həmkarı ilə Cenevrədə görüşəndə Birləşmiş Ştatların, Avropanın insan haqlarını və ləyaqətini qorumaq öhdəliyini təkrarlayacaq.

 

Son xəbərlər
Digər xəbərlər