“Rusiyanın Strateji Hücum Silahlarının İxtisarı haqqında Müqavilədə iştirakını dayandırmasına dair qərarı səhvdir”.
Bunu ABŞ Prezidenti Cozef Bayden bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində Rusiyanın müqavilədə iştiraklarını dayandırdığını açıqlayıb.
Xatırladaq ki, bir müddət əvvəl NATO Rusiyanın bu müqavilənin şərtlərinə əməl etmədiyini vurğulayıb.