ABŞ Prezidenti Co Bayden hazırda Rusiya dövlət başçısı Vladimir Putinlə qarşıdan gələn G20 sammitində görüşməyi planlaşdırmadəığnı bildirib.
Bu barədə ABŞ Prezidenti CNN telekanalına müsahibəsində deyib.
BMT-nin 77-ci sessiyasına sədrlik edən macarıstanlı diplomat prioritetlərini açıqlayıb
NASA Aya raket göndərilməsini növbəti dəfə təxirə salıb
Çili sahillərində güclü zəlzələ olub
Bayden bildirib ki, görüş Rusiya liderinin nəyi müzakirə etmək istəməsindən asılı olacaq.
“Baxın, onunla görüşmək fikrim yoxdur. Ancaq məsələn, G20 zirvə toplantısında yanıma gəlib desə ki, mən amerikalı Brittni Qraynerin azad edilməsi haqqında danışmaq istəyirəm, onda vəziyyət fərqli olacaq. Ancaq təsəvvür edə bilmirəm”,- deyə Bayden bildirib.
Müsahibə zamanı o Rusiya-Ukrayna müharibəsindən danışıb. Bayden bildirib ki, ölkəsi bir mövqe tutub: ” Ukraynasız Ukrayna ilə bağlı [müzakirə olunacaq] heç nə yoxdu”.
Bayden deyib ki, nə plksəi nə də digər müttəfiqlər Rusiya ilə danışıqlara hazır deyil.
“Baxın, o, qəddar davrand. Məncə, o, hərbi cinayətlər törədib. Ona görə də indi onunla görüşməyin mənasını görmürəm”, – deyə Bayden əlavə edib.