ABŞ Prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə növbəti danışığı planlaşdırır.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Jurnalistlər digər Rusiya-Amerika sammitinin planlaşdırılıb-planlaşdırılmadığını soruşduqda Bayden deyib: “Biz ətraflı danışacağıq”.
Xatırladaq ki, Rusiya və ABŞ liderləri – Vladimir Putin və Cozef Bayden ötən həftə onlayn görüş keçiriblər. Danışıqların əsas mövzusu ikitərəfli münasibətlər, Ukrayna məsələsi, kibertəhlükəsizlik mövzusu olub.