10 C
Baku
Thursday, December 12, 2024

Bayden: “Qazıntı yanacağından asılılığı aradan qaldırsaq, daha da güclü olacağıq”

Dünya keçid dövründədir və bu dövrün sonunda qazıntı yanacağından asılılığa son qoya bilsə, daha da güclənəcək, lakin qiymətlərlə bağlı hazırkı vəziyyət ürəkaçan deyil və bazara əlavə neft çıxarılması üzrə səylər kifayət etmir.

Banker.az xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezidenti Cozef Bayden Yaponiya imperatoru ilə ikitərəfli sammitin nəticələrinə həsr olunan mətbuat konfransında bildirib.

“Biz dünyanın keçid mərhələsindəyik və qazıntı yanacağından asılılığı aradan qaldırsaq, daha da güclü olacağıq. Bazara əlavə olaraq çıxardığımız 257 milyon bareldən çox neft yanacaq qiymətlərini bir qədər tənzimləsə də, bu, kifayət deyil”, – ABŞ prezidenti belə deyib.

Cozef Bayden, həmçinin Rusiyanın təcavüzü nəticəsində böyük həcmdə buğdanın Ukrayna limanlarında qaldığını və bu səbəbdən dünyanın ərzaq çatışmazlığı ilə üzləşdiyini vurğulayıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər