8 C
Baku
Thursday, December 12, 2024

Bayden qubernatorla “Silicon Valley Bank”ın müflis olmasını müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden ilə Kaliforniya qubernatoru Qevin Nyusom arasında telefon danışığı baş tutub.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, tərəflər müflis olmuş “Silicon Valley Bank”ı ətrafındakı vəziyyəti müzakirə ediblər.

“Prezident və qubernator “Silicon Valley Bank”ının vəziyyətini və onun həlli üçün səyləri müzakirə ediblər”-, məlumatda vurğulanıb.

Xatırladaq ki, ABŞ-da 2008-ci ilin maliyyə böhranından sonra ilk dəfə böyük bank “Silicon Valley Bank” (SVB) müflis olub. “Silicon Valley Bank”dan bütün sığortalanmış əmanətlər “Santa Clara” Əmanətlərin Sığortalanması Milli Bankına köçürülüb və əmanətçilərin 13 mart bazar ertəsi günündən gec olmayaraq əmanətlərinə çıxış əldə etməsi gözlənilir.

“The New York Times” isə bildirib ki, Amerika bankları “Silicon Valley Bank”ın (SVB) iflasından sonra problemlərlə üzləşə bilər.

Son xəbərlər
Digər xəbərlər