12 C
Baku
Monday, November 18, 2024

Bayden reyslərin kütləvi ləğvinə görə aviaşirkətlərin məsuliyyət daşıdığını bildirib

Milad bayramı günlərində pis hava şəraitində reysləri kütləvi şəkildə ləğv edən ABŞ aviaşirkətləri bu hərəkətlərinə görə istehlakçılar qarşısında cavab verməlidirlər.

Bu barədə ABŞ prezidenti Co Bayden “Twitter“ səhifəsində yazıb.

Dövlət başçısı Milad bayramı günlərində ölkə üzrə minlərlə aviareysin təxirə salınmasına diqqət çəkib. O bildirib ki, Birləşmiş Ştatlar administrasiyası “hava yollarının buna görə məsuliyyət daşıması üçün çalışır”.

Bayden həmçinin uçuşların kütləvi şəkildə ləğv edilməsindən əziyyət çəkən vətəndaşlara hava daşıyıcılarından təzminat almaq hüququnun olub-olmadığını yoxlamaq üçün ABŞ Nəqliyyat Departamentinin qeydlərini oxumağı xahiş edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər