ABŞ prezidenti Cozef Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündə deyib ki, Rusiya qışdan silah kimi istifadə edir.
Bu barədə WIVB 4 telekanalı məlumat yayıb.
Liderlər arasında ikitərəfli görüşün əvvəlində çıxışı zamanı prezident Bayden rusiyalı həmkarı Vladimir Putinə müraciət edərək, onu mülki şəxslərə qarşı hücumları gücləndirməkdə və qışdan silah kimi istifadə etməyə çalışmaqda ittiham edib.