20 C
Baku
Şənbə, May 28, 2022

Bayden Rusiyaya qarşı “sərt sanksiyalar” tətbiq edir

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığında bildirib ki, Vaşinqton və onun müttəfiqləri Donbassda xüsusi hərbi əməliyyata başlayan Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəklər.

Banker.az xəbər verir ki, “Sabah mənim G7 liderləri ilə görüşüm olacaq. ABŞ və onun müttəfiqləri Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcək”, – deyə prezident söyləyib.

Xatırladaq ki, daha əvvəl Zelenski Vaşinqtonun “beynəlxalq dəstək toplamağa başladığını” demişdi. Ukrayna prezidenti ölkədə hərbi vəziyyət elan edib. O, ukraynalıları panikaya düşməməyə çağırıb və əmin edib ki, Kiyev “hər şeyə hazırdır və hamıya qalib gələcək”.

Son xəbərlər
Oxşar xəbərlər