10 C
Baku
Cümə, Oktyabr 29, 2021

Bayden Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışına qadağa qoyub

ABŞ prezidenti Co Bayden administrasiyası Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanına silah satışına müvəqqəti qadağa qoyub.

Bu barədə “The Wall Street Journal” Vaşinqtondakı rəsmi dairələrə istinadən məlumat yayıb.

Məlumata görə, Baydenin köməkçiləri keçmiş prezident Donald Trampın dövründə təsdiqlənmiş “milyardlarla dollarlıq silah tədarükünə dair əməliyyatların dəyərləndirmələrini aparırlar”. Səudiyyə Ərəbistanına yüksək dəqiqlikli döyüş sursatlarının və BƏƏ-yə beşinci nəsil “F-35” qırıcılarının satışı ilə bağlı hissələr xüsusi olaraq nəzərdən keçirilir.

Qəzet qeyd edir ki, Vaşinqton İsraillə BƏƏ arasında ikitərəfli münasibətlərin tam normallaşdırılmasına dair razılaşmanın əldə edilməsi ilə əlaqədar olaraq göstərilən silahların Əbu-Dabiyə tədarükünə razılıq verib.

Qəzetin mənbələri bildirir ki, yeni administrasiya tərəfindən əvvəllər bağlanmış silah sazişlərinə təkrar baxılması təcrübəsində “qeyri-adi heç nə yoxdur” və “gecikmələrə baxmayaraq, əməliyyatların əksəriyyəti, çox güman ki, icra olunacaq”.

Materialda qeyd olunur ki, Vaşinqton sözügedən silahların Yəməndə istifadə edilməyəcəyinə tam əmin olmaq istəyir.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər