33 C
Baku
Tuesday, July 16, 2024

Bayden seçiləcəyi təqdirdə 11 milyon miqranta vətəndaşlıq verəcəyini açıqladı

ABŞ prezidentliyinə namizəd olan Co Bayden, seçiləcəyi təqdirdə ölkədə yaşayan 11 milyon qeyri-qanuni miqranta vətəndaşlıq verməyi vəd edib.

Banker.az xəbər verir ki, bu barədə siyasətçi oktyabrın 22-də keçirilən debatlarda söyləyib.

Baydenin sözlərinə görə, o bu qərarı prezidentlik dövrünün əvvəlində qəbul etməyi planlaşdırır.

“Ağ Evdə olduğum ilk 100 gündə ölkədə yaşayan 11 milyon qeyri-qanuni miqranta vətəndaşlığın verilməsi məsələsinə dair Konqresə müəyyən təkliflər göndərəcəyəm”, – Co Bayden söyləyib.

Bundan əlavə, o, yetkinlik yaşına çatmayan qeyri-qanuni miqrantların “ölkədə qala biləcəklərini və onlar üçün vətəndaşlıq almaq yolunu açılacağını” vəd edib.

Xatırladaq ki, sentyabrın 19-da Minnesota ştatında seçicilər qarşısında çıxış edən Tramp özünü “amerikan xəyalı”nı “xaos”dan ayıran divar adlandırıb. Ağ Evin rəhbəri söyləyib ki, Co Bayden ABŞ-ı “qaçqın düşərgəsinə” çevirəcək.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər