10 C
Baku
Thursday, November 14, 2024

Bayden seçki yarışından geri çəkilməsindən sonra Kamala Harris rekord $55 mln. ianə toplayıb

ABŞ vitse-prezidenti Kamala Harrisin seçki qərargahı Amerika lideri Co Baydenin seçki yarışından geri çəkilməsindən sonra 55 milyon dollardan çox ianə toplayıb. Bu barədə demokratlar üçün vəsait toplayan “ActBlue” platformasının məlumatlarına istinadən “Politico” qəzeti yazıb.

Məlumata görə, Harris seçki kampaniyasına edilən kiçik ianələrin ümumi məbləğinin ilk beş saatda 55 milyon dollardan çox olduğu bildirilib. Bayden seçki yarışını tərk etdikdən sonra Harrisin kampaniyası 27.5 milyon dollar toplayıb.

Qeyd edək ki, Baydenin iyun ayının sonuna təxminən 95 milyon dollar təşkil edən ianəsi prezident yarışdan çıxdıqdan sonra Harrisin kampaniyasına yönəldiləcək. Bazar günü axşam saatlarında Harrisin prezident seçkilərinə namizəd kimi irəli sürülməsi ən azı 26 demokrat senatoru və Nümayəndələr Palatasının 72 üzvü tərəfindən dəstəklənib.

ABŞ-nin prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Demokratlar Partiyasını Baydenin təmsil edəcəyi güman edilsə də, onun iyunun 27-də Donald Trampla seçkiqabağı televiziya debatındakı fəlakətli çıxışından sonra Amerika liderinin hökuməti saxlamaq cəhdlərindən əl çəkməsi çağırışları daha da güclənib.

Son xəbərlər
Digər xəbərlər