Demokratik Partiyadan ABŞ prezidentliyinə namizəd Co Bayden seçkilərdə qalib gəldiyi təqdirdə, Tibetdə insan haqlarının pozulmasında iştirak edən Çin rəsmilərinə qarşı sanksiyaların tətbiq olunacağını vəd edib.
Banker.az bu barədə “Gazeta.ru”ya istinadən məlumat verir.
Bundan əlavə, Bayden Tibet xalqına dəstəyi genişləndirməyə hazır olduğunu da söyləyib. O, rəqibi Donald Trampı Dalay Lama ilə “görüşməməkdə və danışmamaqda” günahlandırıb.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo, əcnəbilərin Tibet Muxtar Bölgəsinə girişini məhdudlaşdıran məsul Çin rəsmilərinə qarşı sanksiya tətbiq edəcəyini söyləyib.
Daha əvvəl ABŞ Çin Kommunist Partiyası rəsmilərinə qarşı “Honkonqun muxtariyyətinə xələl gətirdiyinə və insan haqlarını pozduğuna” görə sanksiya tətbiq etmişdir.