ABŞ prezidenti Co Bayden Kaliforniyada keçirilən ianə toplama tədbirində deyib ki, Çin lideri Si Сinpin ABŞ-ın hava məkanında Çin aerostatlarını görəndə və missiyadan xəbəri olmadığı üçün onları vuranda dəhşətə gəlib.
“Bu, diktatorlar üçün böyük biabırçılıqdır. Nə baş verdiyini bilməyəndə. Olduğu yerdə belə olmamalı idi. Bu, kursdan çıxdı”, – deyə Bayden bildirib.
Prezident Pekinin münasibətləri yaxşılaşdırmaq istədiyindən əmin olduğunu vurğulasa da, onun fikrincə, iki ölkə arasında istiləşmə üçün vaxt lazımdır. Bayden deyib: “İndi onun (Si Cinpinin) yenidən münasibət qurmaq istədiyi bir vəziyyətdə olması çox vacibdir”.
O, həmçinin tamaşaçılardan Çinlə bağlı narahat olmamağı xahiş edib. “Çin üçün narahat olmayın. Ciddiyəm. Çin real iqtisadi sıxıntı yaşayır”, – deyə Bayden bildirib.
Bir gün əvvəl ABŞ dövlət katibi Entoni Blinken Çinə səfərini başa vurub, orada xarici işlər naziri Qin Qanq, Çin diplomatiyasının kuratoru Vanq Yi, daha sonra isə Si Cinpinlə görüşüb. O, son beş ildə Çinə səfər edən ən yüksək vəzifəli ABŞ rəsmisi olub. Tərəflər qeyd ediblər ki, görüş səmimi və mənalı keçib. Pekin iki dövlət arasında münasibətlərin aşağı səviyyədə olduğunu bildirib.
Bayden də Blinkenin səfərini müsbət qiymətləndirib. Onun sözlərinə görə, Vaşinqton və Pekin “düzgün yoldadır”.