1 C
Baku
Saturday, December 14, 2024

Bayden Şimali Koreyaya qarşı sanksiya rejimini uzadıb

ABŞ prezidenti Co Bayden KXDR-ə qarşı 2008-ci ildən bəri tətbiq olunan sanksiya rejimini bir il uzadıb.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, Koreya yarımadasında nüvə silahının yaradılası üçün zəruri olan materialların yayılma riski mövcuddur. Bundan əlavə, Şimali Koreya hökumətinin hərəkətləri və siyasəti “ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhlükə” olduğu vurğulanır.

“Bu səbəbdən ölkədə fövqəladə vəziyyət 2021-ci il 26 iyun tarixindən sonra da qüvvədə qalacaq”, – mətndə deyilir.

Xatırladaq ki, fövqəladə vəziyyət ilk dəfə 2008-ci il 26 iyun tarixində prezident fərmanı ilə tətbiq edilib. Sanksiyalar həm də bölgədəki sabitliyi pozan Şimali Koreyanın digər hərəkətlərini əhatə edir.

Baydenin sələfi, ABŞ-ın 45-ci prezidenti Donald Tramp Şimali Koreya lideri ilə iki dəfə görüşüb. İki ölkənin ilk sammiti 2018-ci ilin yayında Sinqapurda keçirilib. Onun nəticələrinə görə, liderlər sənəd imzalayıblar və Vaşinqtonun KXDR-ə təhlükəsizlik zəmanəti verəcəyini qəbul ediblər.

İkinci danışıqlar 2019-cu il 30 iyun tarixində baş tutub. Görüş nəticəsində Tramp xüsusi qrupların yaradılması barədə razılığa gəlib.

Son xəbərlər
Digər xəbərlər