7 C
Baku
Sunday, January 29, 2023

Bayden: “Tənəzzül ABŞ iqtisadiyyatını təhdid etmir”

Tənəzzül Amerika iqtisadiyyatını təhdid etmir, ABŞ hələ də ölkə tarixində ən aşağı işsizlik səviyyəsinə malikdir.

Bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Co Bayden deyib.

“Məncə, bizdə tənəzzül olmayacaq. İşsizlik səviyyəsi tarixdə ən aşağı səviyyədə olaraq qalır, təxminən 3.6 faizdir “, – deyə, C.Bayden jurnalistin müvafiq sualın cavabında bildirib.

O əlavə edib ki, ABŞ-da investisiya prosesləri davam edir. “Ümid edirəm ki, biz bu sürətli artımdan sabit artıma keçəcəyik. Və biz cüzi azalma görəcəyik. Tanrının köməyi ilə tənəzzül görməyəcəyimizə inanıram”, – ABŞ lideri bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər
X