ABŞ Prezidenti Co Bayden Belçikanın paytaxtı Brüsselə səfər edəcək.
Bu barədə ABŞ-ın NATO-dakı Nümayəndəliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Bayden NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının martın 24-də keçiriləcək fövqəladə iclasında iştirak edəcək.