10 C
Baku
Wednesday, December 11, 2024

Bayden Texasda təbii fəlakət rejiminin tətbiqini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden ölkənin Texas ştatını vuran qış fırtınasından təxminən üç ay sonra yerli hakimiyyət orqanlarına federal yardım göstərmək üçün ştatda təbii fəlakət rejiminin tətbiqini təsdiqləyib.

Bu, Ağ evin yaydığı məlumatda əks olunub.

“Bu gün Prezident Co Bayden Texasda böyük təbii fəlakətin olduğunu bəyan edib və 30 yanvar – 2 fevral 2023-cü il tarixləri arasında şiddətli qış fırtınasından zərər çəkmiş ərazilərdə ştat və yerli bərpa səylərini dəstəkləmək üçün federal yardımın göstərilməsini əmr edib”, – məlumatda qeyd olunub.

İnfrastrukturun bərpası üçün federal yardım ştata, yerli hökumətlərə və qeyri-kommersiya təşkilatlarına veriləcək.

Son xəbərlər
Digər xəbərlər