22 C
Baku
Monday, October 7, 2024

Bayden tezliklə prezidentliyə namizədliyini açıqlayacaq

ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden tezliklə 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlaya bilər.

Bu barədə məlumatlı mənbələrə istinadən “The Hill” qəzeti yazıb.

Nəşrin “çoxsaylı” mənbələrinə görə, Bayden ilk olaraq fevralın 7-də amerikalılara illik müraciətindən sonra yenidən prezident seçilmək niyyətini açıqlayacaq. Onların sözlərinə görə, yaza yaxın rəsmi açıqlama veriləcək.

Xatırladaq ki, daha öncə Cozef Bayden 2024-cü il prezident seçkilərində iştirakını istisna etməyib . Rəsmi olaraq onun namizədliyi açıqlanmayıb. ABŞ-nin keçmiş prezidenti Donald Tramp da seçkilərdə iştirak etmək niyyətindədir. Cozef Baydenin 80, Donald Trampın 76 yaşı var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər