15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Bayden tibbi maska və Meksika ilə sərhəddəki divarla bağlı fərman imzalayıb

Screen Shot 2021 09 02 at 14.34.20

ABŞ Prezidenti Co Bayden hər yerdə 100 gün müddətində tibbi maska taxılması ilə bağlı fərman imzalayıb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.

Fərmana əsasən, federal binalarda və federal ərazilərdə tibbi maska taxılması zəruri hesab edilir və sosial məsafənin gözlənilməsi tələb olunur.

Baydenin digər fərmanı ABŞ-ın Meksika ilə sərhəddə inşa edilmiş divarla bağlı olub.

Fərmanda göstərilib ki, sözügedən ölkə ilə sərhəddə xüsusi fövqəladə vəziyyət ləğv edilsin.

Qeyd edək ki, Tramp Administrasiyası miqrantların ölkəyə qanunsuz girişinin qarşısını almaq məqsədilə Meksika ilə sərhəd boyunca divar inşa etdirmişdi. Bu günədək 727 km uzunluğunda çəkilən səddin inşasına 8 milyard dollarlıq vəsait xərclənmişdi.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər