15 C
Baku
Bazar, Oktyabr 24, 2021

Bayden Trampın xəstəliyi ilə bağlı debatları təxirə salmağa hazır olduğunu bildirib

ABŞ-ın Demokratlar Partiyasının nümayəndəsi Co Bayden lazım gələrsə, Donald Trampla debatları təxirə salmağa hazır olduğunu bildirib. Qeyd edək ki, ötən həftə ABŞ prezidentində koronavirus aşkarlanmışdı.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Ümid edirik ki, debatlar həmin gün (15 oktyabr) planlaşdırıldığı kimi baş tutacaq, lakin lazım gələrsə, dəyişikliklərə uyğunlaşacağıq”, – deyə mesajda deyilir.

“Biz hamımız kimi onun tezliklə sağalmasını diləyirik”, – Baydenin ştab rəhbəri söyləyib.

Bununla yanaşı, Bayden bütün təhlükəsizlik tədbirlərini gördüyünü və hər kəsə “nümunə” olduğunu qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər