12 C
Baku
Wednesday, December 11, 2024

Bayden-Tras görüşü çərşənbə gününə təxirə salınıb

ABŞ Prezidenti Cozef Bayden və Böyük Britaniyanın Baş naziri Liz Tras arasında BMT Baş Assambleyası çərçivəsində baş tutmalı olan görüş həftənin çərşənbə gününə təxirə salınıb.

Bu barədə Böyük Britaniyanın Baş nazirinin Ofisinə istinadən “Politico” məlumat yayıb.

Daha əvvəl görüşün bazar günü Londonda keçirilməsi nəzərdə tutulurdu, burada Bayden bazar ertəsi kraliça II Elizabetin dəfn mərasimində iştirak edəcək.

Görüşün təxirə salınmasının səbəbləri açıqlanmır.

 

 

Son xəbərlər
Digər xəbərlər