15 C
Baku
Sunday, November 24, 2024

Bayden “Twitter”i “yalan püskürən” adlandırıb

ABŞ Prezidenti Co Bayden bildirib ki, iş adamı İlon Maskın “Twitter” sosial şəbəkəsini alması platformanın bütün dünyaya dezinformasiya yayması ilə əlaqədar narahatlıq doğurur.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Twitter bütün dünyaya yalanlar yayır. Amerika artıq redaktor yoxdur. Orada redaktor yoxdur. Uşaqların təhlükənin nə olduğunu anlaya bilmələrini necə gözləyə bilərik?”, – deyə ölkə lideri söyləyib.

Oktyabrın 28-də Mask “Twitter”i 44 milyard dollara aldığını açıqlayıb. Ağ Evin sözçüsü Karin Jan-Pyer noyabrın 4-də deyib ki, Bayden sosial medianın dezinformasiyanı və nifrəti azaltmaq üçün səy göstərməlidir. Bu həm “Twitter”, həm də digər platformalara şamil olunub.

Son xəbərlər
Digər xəbərlər