ABŞ-ın yeni seçilən prezidenti Co Bayden Dövlət Departamenti, Maliyyə Nazirliyi və Ədliyyə Naziriliyinə müvəqqəti rəhbər təyin edib.
Bu barədə “Reuters”Ağ Evin yüksək çinli məmuruna istinadla xəbər verib.
Belə ki, müvəqqəti olaraq Birləşmiş Ştatların dövlət katibi Den Smit, Maliyyə naziri isə Endi Bokol olacaq. Ədliyyə sisteminə isə müəyyən müddətə Monti Uilkinson nəzarət edəcək.
Bayden öz növbəsində Entoni Blinkeni dövlət katibi, Canet Yelleni Maliyyə naziri, Merrika Qarlandı isə Ədliyyə naziri postuna namizədliyini irəli sürüb.