15 C
Baku
Sunday, November 24, 2024

Bayden Ukrayna müharibəsinin bitməsi üçün əsas şərti açıqlayıb

ABŞ Prezidenti Co Bayden “Andrew” aviabazasına gedərkən jurnalistlərə bildirib ki, Ukraynadakı müharibənin həlli yalnız Rusiya qoşunları o ərazilərdən çıxarıldıqdan sonra mümkündür.

Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.

“Rusiya Prezidenti Vladimir Putin hərbi qüvvələri Ukraynadan çıxarmayana qədər müharibənin həll olunacağını düşünmürəm”, – ölkə lideri söyləyib.

Kiyev dəfələrlə Rusiya ordusunun ölkə ərazisindən çıxarılmasını Moskva ilə danışıqların şərti adlandırıb. Prezident Vladimir Zelenski vurğulayıb ki, Ukrayna Rusiyadan dialoqa başlamaq üçün “ərazi bütövlüyünü bərpa etməyi, BMT Nizamnaməsinə hörmətlə yanaşmağı, müharibənin vurduğu bütün itkiləri kompensasiya etməyi, hər bir hərbi cinayətkarı cəzalandırmağı və bunun bir daha təkrar olmayacağına zəmanət verməyi” gözləyir.

Son xəbərlər
Digər xəbərlər