13 C
Baku
Saturday, April 27, 2024

Bayden Ukraynanın birinci xanımı ilə görüşdü

ABŞ-da səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya Ağ Evdə olub.

Yelena Zelenskaya ABŞ-ın birinci xanımı Cill Baydenlə rəsmi görüş üçün Ağ Evə səfər edib.

Məlumata görə, ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill Bayden Yelena Zelenskayanı şəxsən qarşılayıblar. Baydenin Zelenskayanı böyük çiçək buketi ilə qarşılaması xüsusi diqqət çəkib.

Ağ Evin yaydığı məlumata görə, Zelenskaya və Bayden ABŞ-ın Ukrayna hökumətinə və xalqına gələcək dəstəyini müzakirə ediblər.

Bildirilir ki, Cill və Co Baydenlə görüşdən sonra Yelena Zelenskaya digər rəsmi şəxslərlə də görüşlər keçirib.

Qeyd edək ki, Vaşinqtonda səfərdə olan Yelena Zelenskaya ABŞ dövlət katibi Entoni Blinkenlə də görüşüb. Bununla yanaşı, bu gün Ukraynanın birinci xanımı ABŞ Konqresində çıxış edəcək.

bayden 2

baydenesas

MənbəQafqazinfo
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər