13 C
Baku
Friday, November 22, 2024

Bayden Ukraynaya əlavə hərbi yardım üçün 150 mln. dollar ayırmağı tapşırıb

ABŞ prezidenti Co Bayden Kiyevə 150 ​​milyon dollar məbləğində əlavə hərbi yardım göndərilməsi barədə göstəriş verib.

Bu barədə Ağ Evin bəyanatında deyilir.

Sənəddə qeyd edildiyi kimi, ABŞ prezidenti ABŞ dövlət katibi Entoni Blinkenə müdafiə təyinatlı məhsullar ayırmaq səlahiyyəti verib.

Layihə çərçivəsində Pentaqon da hərbi tədris və təlim çərçivəsində Ukraynaya yardım edəcək.

Qeyd edək ki, layihənin ümumi məbləği 150 milyon dollardır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər