19 C
Baku
Cümə axşamı, May 26, 2022

Bayden Ukraynaya daha $100 mln. hərbi yardım ayırır

ABŞ Ukraynaya daha 100 milyon dollar hərbi yardım göndərəcək. Müvafiq fərman ABŞ Prezidenti Co Bayden tərəfindən imzalayıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qeyd olunur ki, bunun üçün ABŞ Müdafiə Nazirliyinə ayrılan maliyyəni kəsmək lazım gələcək.

ABŞ dövlət katibi Entoni Blinkenin daha sonra aydınlaşdırdığı kimi, yeni yardım paketinə tank əleyhinə sistemlər daxil olacaq.

Prezident Co Baydenin sözlərinə görə, ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri, insan daşına bilən tank əleyhinə sistemlər, atıcı silahlar, pilotsuz təyyarələr və döyüş sursatları göndərir. ABŞ-ın gələn il üçün büdcə layihəsində Ukraynaya yardım üçün 682 milyon dollar ayrılması nəzərdə tutulur.

Son xəbərlər
Oxşar xəbərlər