2 C
Baku
Sunday, December 15, 2024

Bayden varlı amerikalılar üçün yeni vergi artımı planını təqdim edəcək

ABŞ prezidenti Co Bayden amerikan ailələrə dəstək planını maliyyələşdirmək üçün Konqresə varlıların gəlir vergisini artırmağı təklif edəcək.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, vergi artımı uşaq baxımı, təhsil və ödənişli məzuniyyət üçün təxminən 1 trilyon dollar ayırmağa imkan verəcək.

Baydenin bu planı ABŞ-ın vergi sisteminin yenidən qurulmasının bir hissəsidir. Prezident illik gəliri 1 milyon dollardan çox olanlar üçün gəlir vergisini 37%-dən 39.6%-dək artırılmasını təklif edir. İllik gəliri 200 min dollardan çox olan fiziki şəxslərin xalis investisiya gəliri isə 3.8% artırılacaq və 43.4% təşkil edəcək.

Xalis investisiya vergisi sayəsində yaşlılara qayğı sahəsi maliyyələşdiriləcək. Hal-hazırda ildə 200 min dollardan çox qazananlar 23.8% investisiya vergisi ödəyirlər. Təklif olunan gəlir vergisi 1913-cü ildən bəri ən yüksək ola bilər. Qeyd edək ki, investisiya vergisini amerikalıların təxminən 1%-i ödəyir. Planın təfərrüatlarının Baydenin Konqresə müraciətindən əvvəl açıqlanması gözlənilir.

Ağ Evin mətbuat katibi Cen Psaki bu cür vergi artımlarının ABŞ investisiyalarına mənfi təsir göstərəcəyini düşünmürlər. Baydenin yeni planının təxminən 1 trilyon dollar dəyərində olduğu təxmin edilir. Bundan əvvəl prezident infrastrukturu dəstəkləmək və yeni iş yerləri açmaq üçün 2.3 trilyon dollarlıq plan təklif etmişdir.

Fond bazarı vergi artımı xəbərlərinə kəskin azalma ilə reaksiya verib. Məsələn, “S&P 500” 1%, “Dow Jones Industrial Average” və “Nasdaq” 0.94% düşüb.

Son xəbərlər
Digər xəbərlər