28 C
Baku
Saturday, August 13, 2022

Bayden Yaxın Şərq regionuna səfərinin məqsədini açıqlayıb

ABŞ Prezidenti Co Bayden Yaxın Şərq regionuna səfərinin məqsədini açıqlayıb.

Bayden NATO-nun Madrid Sammitinin yekunlarına dair brifinqdə bildirib ki, səfərinin məqsədi Səudiyyə Ərəbistanından neft istehsalını artırmağı xahiş etməklə bağlı deyil.

“Bu, mənim regiona Prezident kimi, ilk səfərimdir və İsrailə də səfər edəcəyəm. İsraillər bunu vacib hesab edir”, – ABŞ Prezidenti deyib.

O, səfər çərçivəsində Səudiyyə Ərəbistanının Kralı və vəliəhd Şahzadə ilə geniş tərkibdə görüşəcəyini vurğulayıb.

“Dediyim kimi, Səudiyyə Ərəbistanından öncə isə mən İsrailə səfər edəcəyəm və İsrail rəhbərliyi ilə görüşəcəyəm. Bu, bizim İsraillə sarsılmaz bağlarımızın göstəricisidir. Səfərin məqsədi İsrailin Yaxın Şərqə inteqrasiyası ilə bağlıdır. Bu, regionda sülh və İsrailin təhlükəsizliyi üçün vacibdir”, – Bayden əlavə edib.

Son xəbərlər
Oxşar xəbərlər